Qiyamə - 75:2
Davamlı özünü qınayan şəxsə and içirəm.
"Davamlı özünü tənqid edən şəxsə and olsun.":
Nəcm/53:32
Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.
Nisa/4:94
Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.
Təğabun/64:16
Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Yusuf/12:97
Dedilər ki: "Ey atamız, günahlarımızın bağışlanmasını dilə. Biz gerçəkdən yanlış davrandıq."
Ənbiya/21:87
ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Sad/38:24
Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.