Qiyamə - 75:8
Ayın tutulduğu,
Saatın (dünyanın son saatının) biliyi Allahın yanındadır:
Əhzab/33:63
İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."
Zuxruf/43:85
Göylərin, yerin və aralarındakıların hökmranlığına sahib olan Çox Ucadır. Saatın (dünyanın sonunun) bilgisi Onun yanındadır və siz Ona döndəriləcəksiniz.
Loğman/31:34
Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.
Fussilət/41:47
Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.
Əhqaf/46:22
"Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.
Əhqaf/46:23
"Onun bilgisi sadəcə Allahın yanındadır. Mən mənimlə göndərilən şeyi sizə bildirirəm; Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
Əraf/7:187
Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Mulk/67:25
"Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyərlər.
Mulk/67:26
"Onun bilgisi sadəcə Allahın yanındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."