بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
67:21 O, verdiyi qidaları kəssə, sizi qidalandıracaq olan kimdir? Gerçəkdən azğınlıq və nifrət içində inadkarlıq edirlər.
67:22 Üzü üstə sürünənmi, yoxsa ən doğru yol üzərində düzgün bir şəkildə gedənmi daha doğru yoldadır?
67:23 De ki, "Sizi yaradan, sizə eşitmə, görmə hisləri və beyinlər verən Odur. Nə qədər seyrək şükür edirsiniz!"
67:24 De ki, "Sizi yer üzündə artırıb yayan Odur və Siz Onun hüzuruna toplanacaqsınız."
67:26 "Onun bilgisi sadəcə Allahın yanındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
67:27 Onu yaxınlaşarkən gördükləri zaman, inkar edənlərin üzləri eybəcər hala düşər və onlara, "Bax, israrlı şəkildə istədiyiniz şey budur," deyilər.
67:28 De ki, "Baxın, Allah yanımdakılarla birlikdə məni həlak edərsə, yaxud bizə mərhəmət göstərərsə, inkar edənləri ağrılı-acılı əzabdan kim qurtara bilər?"
67:29 De ki, "O, Rəhmandır; biz Ona iman etdik və Ona güvəndik. Kimin gerçəkdən tam bir azğınlıq içində olduğunu irəlidə öyrənəcəksiniz."
67:30 De ki, "Heç düşündünüzmü ki: suyunuz çəkilsə, sizə kim təmiz bir su gətirə bilər?"