Əraf - 7:105
"Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Musaya verilən möcüzələr:
Qasas/28:30
Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31
"Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32
"Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Əraf/7:117
Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:171
Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."
Əraf/7:160
Onları on iki qəbilə halında topluluqlara ayırdıq. Xalqı ondan su istədiyi zaman Musaya, "Əsan ilə daşa vur," deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı və hər qəbilə içəcəyi yeri bildi. Ayrıca onları buludlarla kölgələndirdik və üzərlərinə mənna və bildirçin endirdik: "Sizə verdiyim ruzilərdən yeyin." Onlar Bizə haqsızlıq etmirdilər, öz-özlərinə haqsızlıq edirdilər.
Bəqərə/2:73
“(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
Bəqərə/2:55
Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Bəqərə/2:56
Sonra, bəlkə şükür edərsiniz deyə ölümünüzün ardından sizi diriltmişdik.
İsra/17:101
Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.
İsra/17:102
"Göylərin və yerin Rəbbindən başqasının bu dəlilləri endirmədiyini yaxşı bilirsən. Firon, səni məhv olmuş biri olaraq görürəm!"
Ta ha/20:14
"Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
Ta ha/20:15
Dünyanın sonu əlbəttə gələcəkdir. Hər kəs etdiyinin qarşılığını görsün deyə Mən az qala onu gizləyəcəyəm.
Ta ha/20:16
Ona iman etməyib istəyinə uyanlar səni ondan yayındırmasın, sonra başın üstünə yıxılarsan.
Ta ha/20:17
"Bu əlindəki nədir, Musa?"
Ta ha/20:18
"O, mənim dəyənəyimdir. Ona söykənirəm, onunla qoyunlarıma yarpaq silkələyirəm və mənə əlavə başqa faydaları da toxunmaqdadır," dedi.
Ta ha/20:19
"At onu Musa!" dedi.
Ta ha/20:20
Onu atınca, hərəkətli bir ilana döndü.
Ta ha/20:21
Dedi, "Götür onu, qorxma. Onu ilk halına salacağıq.
Ta ha/20:22
"Bir başqa dəlil olaraq, əlini qoltuğunun altına qoy; ləkəsiz ağappaq olaraq çıxsın."
Ta ha/20:23
"Beləcə sənə ən böyük möcüzələrimizdən bəzilərini göstərək."
Ta ha/20:24
"Fironun yanına get, çünki o, azdı."
Əraf/7:171
Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."
Bəqərə/2:55
Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Əraf/7:160
Onları on iki qəbilə halında topluluqlara ayırdıq. Xalqı ondan su istədiyi zaman Musaya, "Əsan ilə daşa vur," deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı və hər qəbilə içəcəyi yeri bildi. Ayrıca onları buludlarla kölgələndirdik və üzərlərinə mənna və bildirçin endirdik: "Sizə verdiyim ruzilərdən yeyin." Onlar Bizə haqsızlıq etmirdilər, öz-özlərinə haqsızlıq edirdilər.
Bəqərə/2:67
Bir zaman Musa öz xalqına: “Allah sizə bir düyə kəsmənizi əmr edir!” demişdi. (Onlar:) “Sən bizi məsxərəyə qoyursan?”– deyincə, (Musa:) "Cahil kimi davranmaqdan Allaha sığınıram!”– dedi.
Bəqərə/2:68
“Bizim üçün Rəbbini çağır ki, onun nə cür olduğunu bizə açıqlasın!” dedilər. "O deyir ki, o, nə çox qoca, nə də çox cavan, ikisinin ortasında bir düyədir. Sizə əmr ediləni edin," dedi.
Bəqərə/2:69
"Bizim üçün Rəbbini çağır ki, onun rəngini də açıqlasın,” dedilər. (Musa) dedi ki: "O deyir ki, o rəngi parlaq sarı bir düyədir. Görənlərin xoşuna gələr."
Bəqərə/2:70
"Bizim üçün Rəbbini çağır ki, onun nə cür olduğunu bizə daha da açıqlasın. Çünki düyələr bizə görə bir-birinə bənzəyir. Allah istəyərsə, yolu taparıq," dedilər.
Bəqərə/2:71
“O deyir ki, o düyə, yeri şumlayaraq, əkini sulayaraq boyunduruq altında əzilməmiş, qüsursuz, ləkəsiz bir düyədir,” dedi. “Bax indi gerçəyi gətirdin!”– deyərək nəhayət düyəni kəsdilər, az qalsın bunu etməyəcəkdilər.
Bəqərə/2:72
Bir vaxt bir nəfəri öldürmüş və günahı bir-birinizin üstünə atmışdınız. Halbuki Allah gizlədiklərinizi aşkara çıxaracaqdı.
Bəqərə/2:73
“(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
Şuəra/26:63
Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.