Əraf - 7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
"Bu, dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də": İstəyərkən həm dünya, həm də axirət üçün istəməliyik.
Bəqərə/2:200 Mərasiminizi bitirdiyiniz zaman, atalarınızı xatırladığınız kimi, hətta daha güclü olaraq Allahı xatırlamağa davam edin. İnsanlardan bəzisi: “Rəbbimiz, bizə bu dünyada ver,” deyər; onun axirətdən bir payı olmaz.
فَاِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللّٰهَ كَذِكْرِكُمْ اٰبَٓاءَكُمْ اَوْ اَشَدَّ ذِكْراًۜ فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَٓا اٰتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْاٰخِرَةِ مِنْ خَلَاقٍ
Bəqərə/2:201 Kim ki, “Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi atəşin əzabından qoru," deyər.
وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَٓا اٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
Bəqərə/2:202 Hamısının qazandıqlarından bir payı vardır. Allah tez haqq-hesab çəkəndir.
اُو۬لٰٓئِكَ لَهُمْ نَص۪يبٌ مِمَّا كَسَبُواۜ وَاللّٰهُ سَر۪يعُ الْحِسَابِ