Əraf - 7:165
Onlara xatırladılanlara əhəmiyyət verməyib unudunca, pisliklərlə mücadilə edənləri qurtardıq; haqsızlıq edənləri də yoldan çıxmalarına qarşılıq olaraq dəhşətli bir əzab ilə yaxaladıq.
Qövmlər nə zaman həlak edilir?
Rum/30:42
De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.
Yunus/10:13
Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Hud/11:117
Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
İsra/17:16
Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.
Həcc/22:45
Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...
Şuəra/26:136
Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137
"Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:139
Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:208
Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.
Qasas/28:58
Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Ənkəbut/29:31
Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.
Rum/30:9
Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.
Fussilət/41:15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Fussilət/41:16
Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.
Qaf/50:12
Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:13
Ad (qövmü), Fironun (xalqı), Lutun qardaşları...
Qaf/50:14
Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.