Əraf - 7:66 Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Xalqların məşhur inkar edənləri haqqında:
Ənam/6:123 Hər ölkənin öndə gələn günahkarlarına, orada hiylə və intriqa etmələri üçün izin verdik. Əslində özlərindən başqasını aldatmırlar. Amma fərqində deyillər.

İsra/17:16 Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.

Əraf/7:60 Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.
Əraf/7:66 Xalqının öndə gələn inkarçıları, "Biz səni başıboşluq (səfehlik) içində görürük. Biz səni yalançı sanırıq."
Əraf/7:75 Xalqının təkəbbürlü öncüləri, alçaldıb zülm etdikləri iman edənlərə, "Salehin gerçəkdən Rəbbi tərəfindən göndərilmiş olduğunu haradan bilirsiniz?" dedilər. Onlar da: "Biz onun gətirdiyi mesaja iman edirik," dedilər.
Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:90 Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.
Əraf/7:109 Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"

Hud/11:27 Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Hud/11:38 Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."

Muminun/23:24 Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:33 Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."

Şuəra/26:34 Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"

Qasas/28:20 Şəhərin o biri yanından qaça-qaça gələn bir adam, "Musa! Zadəganlar səni öldürmək üçün öz aralarında danışıqlar aparırlar. Tez buranı tərk et; mən sənə öyüd verməkdəyəm," dedi.