Əraf - 7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Allah elçini, nə üçün mesajı göndərəcəyi cəmiyyətin içindən seçər?
İbrahim/14:4
Biz hər elçini ancaq xalqının dilində göndəririk ki, onlara bildirə bilsin. Allah istəyəni/istədiyini azdırır, istəyəni/istədiyini də doğruya yetişdirir. O, Güclüdür, Hikmət sahibidir.
Fussilət/41:44
Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."
Duxan/44:58
Bunu sənin dilinlə asanlaşdırdıq ki, öyüd alsınlar.
Əhqaf/46:12
Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.
Yusuf/12:2
Onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız.
Rad/13:37
Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
Məryəm/19:97
Bunu sənin dilinlə asanlaşdırdıq; onunla müttəqiləri müjdələyəsən və inadkar camaata xəbərdarlıq edəsən deyə.
Ta ha/20:113
Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Şuəra/26:195
Açıq-aşkar ərəbcə bir dillə.
Şuəra/26:196
Daha öncəki kitablarda da xatırlanmışdır.
Zumər/39:27
Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik ki, öyüd alsınlar.
Zumər/39:28
Ərəbcə, nöqsansız (düzgün) bir Quran, bəlkə müttəqi olarlar.
Fussilət/41:3
Bilən bir topluluq üçün, Ərəbcə bir Quran olaraq ayələri açıqlanmış bir kitabdır.
Zuxruf/43:3
Düşünəsiniz deyə, onu qüsursuz bir dilə sahib bir Quran etdik.