Əbəsə - 80:4 Yaxud da öyüd-nəsihət alacaq və ona mesajın faydası toxunacaqdı.
Kimlər öyüd alar?
Bəqərə/2:232 Boşanan qadınlar gözləmə müddətlərini bitirdikdən sonra, ərləriylə gözəlliklə anlaşdıqları təqdirdə o qadınların təkrar evlənmələrinə əngəl olmayın. İçinizdən Allaha və axirət gününə iman edən kimsələr bundan öyüd alır. Bu sizin üçün daha pak və daha sağlamdır. Siz bilməsəniz də Allah bilir.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Bəqərə/2:269 Hikməti istədiyinə verir. Kimə hikmət verilmişsə ona çox böyük yaxşılıq edilmişdir. Düşüncə sahiblərindən başqası öyüd almaz.

Nur/24:34 Açıq-aşkar ayələr nazil etmişik, sizdən öncə keçmiş kimsələrdən örnəklər və müttəqilər üçün bir öyüd.

Ali İmran/3:7 O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.

Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Rad/13:19 Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.

Muddəssir/74:56 Allah istəməzsə onlar öyüd ala bilməzlər. O, (Quran) müttəqi davranmanın qaynağıdır; bağışlamanın qaynağıdır.

Zumər/39:9 Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan (meditasiyada olan), axirətin şüurunda olan və Rəbbinin rəhmətini uman birinə nə deyirsiniz? De ki, "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?" Ancaq ağıl sahibləri öyüd alır.



Zumər/39:21 Görmürsənmi ki, Allah göydən bir su endirər və onu yer üzündəki qaynaqlara keçirər və sonra onunla müxtəlif rənglərdə bitkilər çıxarar. Sonra o quruyar və onu saralmış görərsən. Sonra da onu çör-çöpə çevirər. Bunda ağıl sahibləri üçün öyüd vardır.

Hud/11:34 "Allah azmanızı istəmişsə, mən sizə öyüd vermək istəsəm də, sizə o öyüdümün bir faydası olmayacaqdır. Odur Rəbbiniz və siz Ona döndəriləcəksiniz."

Ənfal/8:23 Allah onlarda bir yaxşılıq olduğunu görsəydi, onlara eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə üz çevirərək dönərdilər.

İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.