Əbəsə - 80:7 Onun təmizlənməməsindən sənə nə?
Elçi inkar edənlərə cavabdeh deyil:
Ali İmran/3:20 Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.

Maidə/5:99 Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.

Yunus/10:41 Səni yalanlayarlarsa de ki: "Mənim etdiyim mənə, sizin etdiyiniz isə sizə (aiddir)! Siz mənim etdiyimdən məsul deyilsiniz, mən də sizin etdiyinizdən məsul deyiləm."
Yunus/10:108 De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."

Kəhf/18:6 Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?

Nur/24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.