Ənfal - 8:24
Ey iman edənlər! Sizə həyat verəcək şeylərə çağırdığında Allaha və Elçisinə cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və Onun hüzuruna toplanacaqsınız.
Həyat verəcək şeylərə çağırdığında Allaha cavab verərlər:
Nur/24:62
Gerçək iman edənlər, Allaha və elçisinə iman edən və ictimai bir problem üçün onunla bərabər ikən ondan izinsiz tərk etməyənlərdir. Səndən izin istəyənlər, Allaha və elçisinə iman edənlərdir. Bəzi işləri üçün səndən izin istədikləri vaxt, istədiyinə izin verə bilərsən. Onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
Bəqərə/2:285
Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
Ali İmran/3:52
İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
Ali İmran/3:53
"Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”
Nur/24:47
"Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
Nur/24:48
Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.
Nur/24:49
Ancaq qərar onların xeyrinə olarsa, ona könüllü olaraq qaçarlar.
Nur/24:50
Qəlblərində bir xəstəlikmi var? Şübhəmi edirlər? Allahın və elçisinin onlara haqsızlıq edəcəyindənmi qorxmaqdadırlar? Əslində onlar zalımlardır.
Nur/24:51
Aralarında hökm vermək üçün, Allaha və elçisinə tərəf çağırıldıqları zaman iman edənlər yalnızca bunu söyləyərlər: "Eşitdik və tabe olduq." Qazananlar məhz bunlardır.
Nur/24:52
Allaha və elçisinə tabe olan, Allaha hörmət edib Onu dinləyən kimsələr üstün gələnlərdir.