بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
24:61 Siz, evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın, açarlarına sahib olduğunuz və yoldaşlarınızın evlərində yemək yeməyinizə görə qınanmazsınız. Eyni şəkildə kor qınanmaz, axsaq qınanmaz, əlil və xəstə də qınanmaz. Hamınız birlikdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də bir məhzur yoxdur. Bir evə girdiyiniz zaman Allahdah gözəl, mübarək bir həyat diləyərək salamlayın. Allah sizə ayələri belə açıqlayır ki, anlayasınız.
24:62 Gerçək iman edənlər, Allaha və elçisinə iman edən və ictimai bir problem üçün onunla bərabər ikən ondan izinsiz tərk etməyənlərdir. Səndən izin istəyənlər, Allaha və elçisinə iman edənlərdir. Bəzi işləri üçün səndən izin istədikləri vaxt, istədiyinə izin verə bilərsən. Onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
24:63 Elçinin dəvətini, aranızda hər hansısa birinin digərini dəvət etməsi kimi tutmayın. Allah sizin aranızdan boş və əsassız üzrlər göstərərək (bəhanələr gətirərək) gizlicə qaçıb gedənləri bilir. Onun əmrlərinə zidd davrananlar, başlarına bir fəlakətin gəlməsindən və ya ağrılı-acılı bir cəzaya məruz qalmaqdan ehtiyat etsinlər.
24:64 Göylərdə və yerdə olanların hamısı Allaha aiddir. İçində olduğunuz hər vəziyyəti bilir. Həqiqətən, Ona döndəriləcəkləri gün, etdikləri hər şeyi onlara bildirəcəkdir. Allah hər şeyi biləndir.