Bələd - 90:9
Bir dil və iki dodaq?
İnsanı istədiyi şəkildə formalaşdırdı:
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Muminun/23:12
Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.
Muminun/23:13
Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
Muminun/23:14
Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Ali İmran/3:6
Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Kəhf/18:37
Onunla söhbət edən yoldaşı ona dedi ki: "Səni torpaqdan, xırda bir damladan yaradıb səni bir adam şəklinə salan Rəbbinimi inkar edirsən?"
Qiyamə/75:36
İnsan, başıboş buraxılacağınımı sanır?
Qiyamə/75:37
Tökülən mənidən bir sperma deyildimi?
Qiyamə/75:38
Və bir embriona çevrildikdən sonra, O yaradıb forma verdi.
Təğabun/64:3
Göyləri və yeri bəlli bir məqsəd üçün yaratmış, sizə surət vermiş və surətinizi gözəlləşdirmişdir. Dönüş Onadır.
Tin/95:4
Biz insanı ən gözəl bir formada yaratdıq.
Mursəlat/77:20
Sizi dəyərsiz bir sudan yaratmadıqmı?
Mursəlat/77:21
Sonra onu yaxşı qorunan bir yerə yerləşdirmədikmi?
Mursəlat/77:22
Bilinən bir vaxta qədər?
Mursəlat/77:23
Biz ölçdük, biçdik. Biz ən yaxşı forma verənlərik.
İnfitar/82:7
O ki, səni yaratdı, nizama saldı, uyğunlaşdırdı.
İnfitar/82:8
İstədiyi bir biçimdə səni yaratdı.
Həşr/59:24
O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Əbəsə/80:18
Onu hansı şeydən yaratmışdı?
Əbəsə/80:19
Bir spermadan onu yaratdı; ölçü və forma verdi.