Leyl - 92:15
Oraya talesiz (bədbəxt) olandan başqası girməz.
Əzaba layiq olanlar:
Bəqərə/2:275
Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.
Vaqiə/56:92
Amma o yalanlayan azğınlardandırsa-
Vaqiə/56:93
Qaynar sudan bir qarşılanma-
Vaqiə/56:94
Və cəhənnəmdə yanma...
Vaqiə/56:95
Mütləq gerçək budur.
Haqqə/69:31
Və sonra cəhənnəmdə yandırın.
Haqqə/69:32
Sonra, onu yetmiş arşın (dirsək) uzunluğunda bir zəncirə vurun!
Haqqə/69:33
Çünki o, Uca Allaha iman etmirdi.
Muddəssir/74:42
"Sizi bu cəzaya salan nədir?"
Muddəssir/74:43
Deyəcəklər ki, "Dəstəkləməzdik"
Muddəssir/74:44
"Yoxsulu yedirməzdik."
Muddəssir/74:45
"Biz, boş şeylərə dalanlarla birlikdə dalardıq."
Muddəssir/74:46
"Haqq-hesab gününü yalanlayardıq."
Muddəssir/74:47
"Nəhayət (indi) qəti gerçəyə yetişdik."
Bəqərə/2:275
Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.
Maidə/5:10
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar cəhənnəm əhlidir.
Maidə/5:86
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
Bəqərə/2:8
İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
Bəqərə/2:9
Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.
Bəqərə/2:10
Qəlblərində xəstəlik var. Allah da xəstəliklərini artırar. Yalanları üzündən ağrılı-acılı bir əzaba layiq görülərlər.
Ali İmran/3:91
İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Nəhl/16:94
Andlarınızı aranızda pis şeyə istifadə etməyin ki, möhkəm dayanmış ayağınız sürüşər. Allahın yolundan azdığınız üçün pərişanlığı dadar və ağrılı-acılı bir əzaba layiq olarsınız.
Şura/42:16
Allah haqqında, Onun (Allahın) çağırışına cavab verdikdən sonra mübahisə edənlərin dəlilləri Rəbləri qatında keçərsizdir. Qəzəbə layiq olanlardır və onlara çətin (şiddətli) bir əzab vardır.
Casiyə/45:7
Hər uydurmaçı günahkarın vay halına!
Casiyə/45:8
Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
Casiyə/45:9
Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.
Casiyə/45:10
Onları cəhənnəm gözləməkdədir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa qəbul etdikləri dostlar onu qurtara bilər. Onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
Mucadilə/58:16
Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.
Ənbiya/21:97
Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Ənbiya/21:98
Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.
Ənbiya/21:99
Onlar tanrılar olsaydı, oraya girməyəcəkdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.
Həcc/22:51
Ayələrimizə qarşı mücadilə edənlər isə, onlar cəhənnəm əhlidir.
Ta ha/20:74
Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.
Həcc/22:57
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
Nur/24:19
İman edənlərin arasından həyasızlığın yayılmasını arzulayanlar, dünya və axirətdə ağrılı-acılı bir cəzaya layiqdirlər. Allah bilir, siz bilməzsiniz.
Şura/42:26
İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.
Mulk/67:6
Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.