Tin - 95:4 Biz insanı ən gözəl bir formada yaratdıq.
Allah insanı ən gözəl bir formada yaratdı: (nəfs)
Ta ha/20:50 "Rəbbimiz, hər şeyə surətini verən və sonra yolunu göstərəndir!" dedi.

Bələd/90:19 Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
Bələd/90:17 Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.
Bələd/90:5 Ona güc yetirə bilməyəcəyimizimi sanır?
Bələd/90:4 İnsanı çətinliklər arasında (müqavimət göstərməsi üçün) yaratdıq.


İnsan/76:3 Ona yolu göstərdik; ya şükür edəndir, ya da nankor.
İnsan/76:2 Biz insanı qarışıq bir mayedən yaratdıq ki, onu sınayaq. Buna görə onu eşidən və görən etdik.

Rum/30:30 Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.

Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;