بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
10:101 De ki: "Göylərdə və yerdə nələr var, bir baxın! İman etməyən bir camaata dəlillər və xəbərdarlıqlar fayda verməz."
10:102 Özlərindən öncəkilərin yaşadığı günlərin bir bənzərinimi gözləyirlər? De ki, "Gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."
10:103 Sonunda elçilərimizi və iman edənləri qurtararıq. Bəli, iman edənləri qurtarmaq Bizim dəyişməz bir qanunumuzdur.
10:104 De ki,“Ey insanlar, dinimdən bir şübhə duyursunuzsa, biləsiniz ki, sizin Allahdan başqa qulluq/xidmət etdiyiniz kimsələrə qulluq/xidmət etmərəm. Mən ancaq, sizin canınızı alan Allaha qulluq/xidmət edirəm. İman edənlərdən olmaqla əmr olundum."
10:106 "Allahı buraxıb, sənə fayda və zərər verə bilməyənləri çağırma. Belə etsən o zaman zalımlardan olarsan."
10:107 Allah sənə bir zərər toxundurarsa onu, Ondan başqa ortadan qaldıracaq yoxdur. Sənin üçün bir yaxşılıq diləyərsə, Onun lütfünü də geri çevirəcək yoxdur. Qullarından istədiyinə bunu verir. O, Bağışlayandır, Rəhmlidir.
10:108 De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."
10:109 Sənə vəhy ediləni izlə; Allah hökm verincəyə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.