بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.
10:24 Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.
10:25 Allah sülh (əmin-amanlıq) yurduna çağırır və istədiyini doğru bir yola yönəldir.
10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.
10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
10:28 Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.
10:29 "Bizimlə sizin aranızda Allah şahiddir ki, biz sizin qulluq etmənizdən xəbərsiz idik."
10:30 Bax orada hər can, keçmişdə etmiş olduğunu görər. Gerçək mövlaları olan Allaha döndərilərlər. Uydurduqları (ortaqlar) isə onlardan uzaqlaşıb yox olar.
10:31 De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"
10:32 Bax Gerçək Rəbbiniz Alah budur. Elə isə gerçəkdən sonra azğınlıqdan başqa nə qalır? Necə də çevrilirsiniz?
10:33 Yoldan çıxmışların iman etməyəcəyinə dair Rəbbinin sözü bax belə gerçəkləşir.
10:34 De ki, "Ortaqlarınızdan hansı yaratmağı başladıb təkrarlaya bilir?" De ki: "Allah yaratmağı başladır və onu təkrarlayır. Necə də döndərilirsiniz?"
10:35 De ki, "Ortaqlarınızdan hansı gerçəyə yetişdirə bilir?" De ki, "Allah gerçəyə yetişdirir. Gerçəyə yetişdirənmi tabe olunmağa daha uyğundur, yoxsa gerçəyə yetişdirilmədikcə gerçəyi tapa bilməyənmi? Necə hökm verirsiniz?"
10:36 Onların əksəriyyəti, ancaq zənnə uyarlar. Zənn isə gerçəyin yerini tuta bilməz. Əlbəttə Allah onların etdiklərini Biləndir.
10:37 Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.
10:38 "Onu uydurdumu" deyirlər? De ki: "Doğru sözlülərsinizsə, buna bənzər bir surə gətirin və Allahdan başqa çağıra bildiklərinizi çağırın!"
10:39 Xeyr, onlar bilgisini qavramadan və əsl mənası onlara yetişmədən onu yalanladılar. Özlərindən öncəkilər də belə yalanladı. Zalımların aqibətinə diqqətlə bax.
10:40 Onlardan bəziləri buna iman edir, bəzisi də iman etməz. Rəbbin fəsad törədənləri daha yaxşı bilir.