بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
10:64 Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.
10:65 Sözləri səni üzməsin. Halbuki şərəf tamamilə Allaha aiddir. O, Eşidəndir, Biləndir!
10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
10:67 O ki, gecəni sizin dincəlməniz üçün əlverişli, gündüzü də aydınlıq etdi. Dinləyən bir topluluq üçün bunda dəlillər vardır.
10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?
10:70 Dünyada paylarını alarlar, sonra dönüşləri Bizədir. Sonra da inkar etmələrinə görə onlara şiddətli əzabı daddırarıq.
10:71 Onlara Nuhun tarixini anlat. Xalqına bunları demişdi: "Ey xalqım, durumum və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldisə, mən Allaha güvənirəm. Ortaqlarınız və liderlərinizlə birlikdə toplanın, peşman olmayacağınız son qərarınızı alın və gözləmədən mənə qarşı tətbiq edin."
10:72 "Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."
10:73 Onu yalanladılar. Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, gəmidə. Onları (yer üzünün) yönəticiləri etdik. Ayələrimizi yalanlayanları isə boğduq. Xəbərdarlıq edilənlərin aqibətinə diqqət et.
10:74 Sonra onun ardından, elçilər göndərdik, xalqlarına açıq-aşkar dəlillər gətirdilər. Keçmişdə yalanladıqlarına iman edəcək deyildilər. Azğınların qəlblərini belə damğalayarıq.
10:75 Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
10:77 Musa, "Sizə gələn gerçəyi beləmi dəyərləndirirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar uğur qazana bilməz."
10:78 Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."