بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
10:81 Onlar atınca, Musa: "Sizin bu gətirdiyiniz bir sehrdir. Allah əlbəttə onu boşa çıxaracaqdır. Allah fəsad törədənlərin işlərini düzəltməz," dedi.
10:83 Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
10:84 Musa: "Ey xalqım, əgər gerçəkdən Allaha iman etmiş və Ona təslim olmuşsunuzsa (müsəlman olmuşsunuzsa) Ona güvənin."
10:85 Dedilər ki: "Allaha güvəndik. Rəbbimiz, Bizi zalım xalqın təzyiqinə məruz qoyma."
10:87 Musaya və qardaşına: "Xalqınız üçün Misirdə evlər hazırlayın, evlərinizi məbəd (ibadət yeri) edin və namazı qoruyun. İman edənləri müjdələyin," deyə vəhy etdik.
10:88 Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
10:89 Dedi ki: "İkinizin duası qəbul edilmişdir. Doğru olun və bilməyənlərin yolunu izləməyin."
10:90 İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
10:92 "Səndən sonrakı nəsillərə ibrət olmağın üçün bu gün sənin cəsədini qoruyacağıq. Lakin insanların əksəriyyəti işarətlərimizdən xəbərsizdirlər."
10:93 İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
10:94 Sənə nazil etdiyimiz haqqında bir şübhən varsa, kitabı (səndən) öncə oxumuşlardan soruş. Sənə Rəbbindən gerçək gəlmişdir. Şübhə edənlərdən olma.
10:97 Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).
10:98 İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.
10:99 Rəbbin istəsəydi, yer üzündəkilərin hamısı iman edərdi. Elə isə, sənmi insanları iman etmələri üçün məcbur edəcəksən?
10:100 Heç bir kəs Allahın izni olmadan iman edə bilməz və O, ağıllarını istifadə etməyənləri rəzilliyə məhkum edər.