بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
11:81 (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"
11:82 Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.
11:84 Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
11:85 "Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
11:86 "İman edirsinizsə, Allahın (halal) etdiyi, sizin üçün daha yaxşıdır. Mən sizin üzərinizdə nəzarətçi deyiləm."
11:87 Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."
11:88 Dedi: "Xalqım, baxın, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və mənə Öz tərəfindən gözəl bir nemət bağışlamışsa...? Sizə qadağan etdiyim bəzi şeylər, sizə zidd getmək istədiyim üçün deyildir. Mən ancaq gücüm yetdiyincə reform (islahat) etmək istəyirəm. Müvəffəqiyyətim ancaq Allahdandır. Ona güvəndim və Ona yönəlirəm."
11:89 "Xalqım, mənə qarşı çıxmanız, əsla sizi Nuh xalqının, və ya Hud xalqının, yaxud Saleh xalqının başına gələnlər kimi bir fəlakətə götürməsin. Üstəlik, Lut xalqı sizdən çox da uzaqda deyil."
11:90 "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."
11:91 Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
11:92 Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
11:93 "Xalqım, əlinizdən gələni edin; mən də edəcəyəm. Alçaldıcı əzabın kimə gələcəyini və kimin yalançı olduğunu irəlidə biləcəksiniz. Ümidlə gözləyin, mən də sizinlə birlikdə ümidlə gözləyirəm."
11:94 Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
11:95 Sanki orada heç yaşamamışlar kimi... Səmud (xalqı), necə məhv edildisə, Mədyən (xalqı) da eləcə məhv edildi.
11:96 Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
11:97 Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
11:98 Dirilmə günündə xalqının önündə gedib onları atəşə soxacaqdır. Girdikləri yer necə də pis bir məkandır!
11:99 Burada da, axirətdə də onları lənət təqib edəcəkdir. Aldıqları ərməğan necə də pis ərməğandır!
11:100 Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).