بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
11:101 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
11:102 Bax Rəbbin, zülm etməkdə olan məmləkətləri yaxaladığı zaman bu cür yaxalayar. Onun yaxalaması ağrılı-acılıdır, çətindir.
11:103 Axirət əzabından qorxanlar üçün bunda bir dərs vardır. İnsanların toplandığı bir gündür o. Şahid olunan bir gündür o
11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
11:108 Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
11:109 Bunların qulluq/xidmət etdiklərindən heç bir şübhən olmasın. Eyni daha öncəki atalarının qulluq/xidmət etdiyi kimi qulluq/xidmət edirlər. Onların nəsiblərini əskiksiz olaraq özlərinə ödəyəcəyik.
11:110 Musaya Kitabı verdik; ancaq onda anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin verilmiş bir sözü olmasaydı, aralarında hökm veriləcəkdi. Onlar ondan şübhə içindədirlər, qərarsızdırlar.
11:111 Rəbbin hamısının etdiklərinin qarşılığını tam olaraq verəcəkdir. O, onların etdiklərindən Xəbərdardır.
11:112 Sənə əmr edildiyi kimi ən doğru ol, səninlə bərabər yönəlmiş olanlarla birlikdə... (Həddi) aşma və azğınlaşma. O, sizin etdiklərinizi Görəndir.
11:113 Zalımlara əsla simpatiya duymayın, onları dəstəkləməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə yardım da edilməz.
11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.
11:116 Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.
11:117 Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.
11:118 Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
11:119 Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
11:120 Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.