بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
12:81 "Atanızın yanına dönün və bunları söyləyin: "Ey atamız, oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik edirik. Gizli işlənən bir şeyin qarşısını ala bilməzdik."
12:82 "Olduğumuz topluluğa və bərabər gəldiyimiz karvandan soruş. Biz doğrunu deyirik."
12:83 "Xeyr, eqonuz sizi bir işə sürükləmiş. Mənə düşən artıq gözəl şəkildə səbr etməkdir. Ola bilər ki, Allah, onları mənim yanıma topluca gətirər. O, Biləndir, Hikmət sahibidir," dedi.
12:84 Onlardan üz çevirdi və: "Heyif, yazığ Yusufa!" dedi. Üzüntüdən gözlərinə ağ düşdü, ağrı-acısını içində saxladı.
12:85 Dedilər ki: "Allaha and olsun ki, Yusufu xatırlamağa davam edərsənsə, ya xəstə düşəcəksən, ya da öləcəksən."
12:86 "Mən qəhrimi və üzüntümü ancaq Allaha şikayət edərəm, sizin bilmədiyinizi Allahdan bilirəm," dedi.
12:87 "Oğullarım, gedin, Yusufu və qardaşını araşdırın. Allahın rəhmətindən ümid kəsməyin. İnkar edənlərdən başqası Allahın rəhmətindən ümid kəsməz."
12:88 (Yusufun) hüzuruna girincə, "Hörmətli Zati-aliləri, bizə və ailəmizə sıxıntı üz verdi; buna görə dəyərsiz bir əşya ilə gəldik. Amma sən bizə tam ölçü ver, bizə yardım et. Allah sədəqə verənləri mükafatlandırar," dedilər.
12:90 Dedilər ki, "Yoxsa sən, sən gerçəkdən Yusufsanmı?" Dedi ki, "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə yaxşılıq etmişdi. Kim müttəqi davranar və səbr edərsə, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz."
12:91 "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz gerçəkdən xətalıydıq," dedilər.
12:92 Dedi ki: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi əfv etsin. O, mərhəmətlilərin Ən Mərhəmətlisidir."
12:93 "Bu köynəyimi götürün və onu atamın üzünə atın; gözü açılsın. Bütün ailənizlə birlikdə mənim yanıma gəlin."
12:94 Karvan (Misirdən) ayrılınca ataları, "Məni qocalıb yaddaşını itirmiş hesab etməyin, Yusufun qoxusunu eşidirəm (hiss edirəm)," dedi.
12:95 "Allaha and olsun ki, sən hələ də köhnə şaşqınlığının içindəsən," dedilər.
12:96 Müjdəçi gəlib və onu (köynəyi) onun üzünə atınca, təkrar görməyə başladı və belə dedi: "Allahdan sizin bilmədiyiniz şeyləri bilirəm deməmişdimmi?"
12:97 Dedilər ki: "Ey atamız, günahlarımızın bağışlanmasını dilə. Biz gerçəkdən yanlış davrandıq."
12:98 Dedi ki: "Sizin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm; O, Bağışlayandır, Rəhmlidir."
12:99 Yusufun yanına gəldiklərində, ana-atasını qucaqladı və: "Allahın izni ilə güvən içində Misirə girin," dedi.
12:100 Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."