بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."
12:102 Bunlar sənə vəhy etdiyimiz keçmişin xəbərləridir. Onlar toplaşıb qərar verib, hiylə qurarkən sən onların yanında deyildin.
12:104 Halbuki, sən onlardan hər hansısa bir ücrət də istəmirsən. Bu, sadəcə insanlara bir xəbərdarlıqdır.
12:105 Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, yanından diqqətsizcə keçərlər.
12:107 Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?
12:108 De ki: "Mənim yolum budur: Açıq-aydın bir dəlillə Allaha çağırıram, eyni şəkildə mənim ardımca gələnlər də... Allah Ucadır, mən ortaq qoşan birisi deyiləm."
12:109 Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?
12:110 Nə zaman ki, elçiləri ümidlərini kəsdilər və özlərinin yalançı çıxarıldığını sandılar, bax o zaman onlara zəfərimiz gəldi. Həqiqətən, istədiyimiz qurtulur. Əzabımız günahkar topluluğundan geri çevrilə bilməz.
12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.