بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
32:21 Bəlkə (ibrət alıb) dönərlər deyə böyük əzabdan öncə Biz onlara yaxın (dünya) əzabı daddırarıq.
32:22 Ona Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Biz günahkarlardan əlbəttə öc (intiqam) alacağıq.
32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
32:24 Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.
32:25 Rəbbin, ayrılığa (ixtilafa) düşdükləri mövzularda onların arasında dirilmə günü qərar verəcəkdir.
32:26 Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
32:27 Verimsiz torpağa suyu göndərərək onların və kənd təsərrüfatı heyvanlarının yediyi əkinləri bitirdiyimizi qavramırlarmı? Görmürlərmi?
32:28 "O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."