بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
36:62 Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
36:65 O gün ağızlarına möhür vurarıq, sonra da Bizimlə əlləri danışar və etdiklərinə də ayaqları şahidlik edər.
36:66 İstəsək gözlərini tamamilə silərdik. Yolu tapmağa çalışdıqları vaxt görə bilməzdilər.
36:67 İstəsək onları olduqları yerdə dondurar (hərəkətsiz hala salar), nə irəli gedə bilər, nə də geri dönə bilərdilər.
36:68 Kimə çox ömür verəriksə, yaradılışını tərsinə çevirərik. Anlamırsınız?
36:69 Ona şer öyrətmiş deyilik, zatən ona uyğun deyil. Bu, ancaq bir mesaj və açıq-aşkar bir Qurandır.
36:71 Görmürlərmi, Öz əllərimizlə onlar üçün kənd təsərrüfatı heyvanlarını yaratdıq, sonra da onlara sahib olmaqdadırlar?
36:72 Onları onlara boyun əydirdik; bir qisminə minməkdə, bir qismindən də yeməkdədirlər.
36:73 Və onlar üçün onlarda başqa faydalar və içəcəklər vardır. Şükür etməyəcəklərmi?
36:75 Halbuki onlara yardım edə bilməzlər; hətta tam əksinə özləri onları qorumaq üçün növbə ilə gözləyən əsgərlərdir.
36:76 Sözləri səni üzməsin. Gizlədikləri və açıqladıqları hər şeyi çox yaxşı bilirik.
36:77 İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?
36:78 Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
36:79 De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."
36:80 O ki, sizə yaşıl (xlorofil) ağacdan atəş çıxarandır. Necə ki, onu yandırırsınız.