بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
39:2 Biz bu Kitabı sənə gerçəklə nazil etdik, elə isə Allaha qulluq et; dinini sadəcə Ona xas edərək...
39:3 Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
39:4 Allah bir övlad istəsəydi, yaratdıqlarının arasından istədiyini seçərdi. O, çox Ucadır. O, Tək və Hakim olan Allahdır.
39:5 Göyləri və yeri gerçək ilə yaratdı. Gecəni gündüzün üzərinə yuvarlayar və gündüzü də gecənin üzərinə yuvarlayar. Günəşi və ayı da əmri altına salmış və onların hər biri bəlli bir vaxta qədər axıb getməkdədir. Həqiqətən, O Üstündür, Bağışlayandır.
39:6 Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
39:7 İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
39:8 İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
39:9 Gecə vaxtı səcdə edərək və ayaq üstə duraraq düşüncəyə dalan (meditasiyada olan), axirətin şüurunda olan və Rəbbinin rəhmətini uman birinə nə deyirsiniz? De ki, "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?" Ancaq ağıl sahibləri öyüd alır.
39:10 De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.
39:15 "Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini  ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.
39:16 Onların üstündə də, altlarında da qatbaqat atəş vardır. Allah qullarını beləcə xəbərdar edir. Qullarım, Mənə hörmət edin.
39:17 Kim Tağuta (Azğına) qulluq etməkdən çəkinər və Allaha yönələrsə, onlar üçün müjdə vardır. Qullarımı müjdələ!
39:18 O kəslər ki, sözü dinləyərlər və ən gözəlinə tabe olarlar. Onlar, Allahın yol göstərdiyi kimsələrdir. Onlar ağıl sahibləridir.
39:20 Ancaq Rəblərinə ehtiram edənlər üçün üst-üstə qurulmuş köşklər vardır; altlarından çaylar axar. Allahın verdiyi sözdür. Şübhəsiz Allah sözündən dönməz.