بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
39:61 Allah müttəqiləri uğurları ilə qurtarar. Onlara pislik toxunmaz və onlar üzülməzlər də.
39:63 Göylərin və yerin qərarları Ona aiddir. Allahın ayələrini yalanlayanlar, məhz onlar, ziyana uğrayanlardır!
39:64 De ki, "Allahdan başqasınamı qulluq etməyə məni təşviq edirsiniz, ey cahillər?"
39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.
39:67 Allahı layiqincə dəyərləndirmədilər. Halbuki, Dirilmə Günü, bütün yer Onun Ovucu içindədir, göylər də Onun sağ əlində dürmələnmişdir. O Ucadır və onların ortaq qoşduqlarından çox Üstündür.
39:68 Boruya üfürülən kimi göylərdə və yerdə kim varsa, Allahın istədikləri xaric, özlərindən gedib bayılarlar. Sonra ona təkrar üflənər, onlar da ayağa qalxıb baxışarlar.
39:69 Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
39:70 Hər kəsə etdiyinin qarşılığı tam olaraq verilər. O, onların etdiyi hər şeyi ən yaxşı biləndir.
39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
39:72 "Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!
39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.