بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:21 Bir zamanlar bir-birinizin ən yaxın daxili-xarici dostu olmağınıza və sizdən sağlam bir söz almalarına rəğmən necə olur ki, onu geri alırsınız?
4:22 Atanızın evlənmiş olduğu qadınlarla artıq evlənməyin. Fəqət keçmişdə etdiyiniz bu tip evlilikləri də pozmayın. O davranış böyük bir günahdır, iyrənc və pis bir yoldur.
4:23 Sizə bunlar qadağan edildi: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, qızları ilə evlənə bilərsiniz– öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq. Olub-keçən evliliklər bu qanunun xaricindədir. Allah Bağışlayandır, Rəhmlidir.
4:24 Ayrıca sözləşmələrinizlə (müqavilələrinizlə) üzərlərində haqqa sahib olduqlarınız xaric, evli qadınlar (qadağan edilmişdir). Bunlar, Allahın üzərinizə vacib etdiyi qanunlardır. Bunların xaricindəkilər, iffətli yaşamanız, zina etməməniz və mehrləriylə istəməniz şərtiylə sizə halaldır. Onlardan xoşlandıqlarınıza, vacib bir (qayda) olaraq mehrlərini ödəyin. Bu vacibatı yerinə yetirərkən mehri ayarlamaq üçün qarşılıqlı razılaşmanızda bir günah yoxdur. Allah Biləndir, Hikmət Sahibidir.
4:25 Sizdən azad qadınlarla evlənməyə imkanı olmayanlar, iman etmiş andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqları ilə evlənsinlər. İnancınızı ən yaxşı bilən Allahdır. Bir-birinizə uyğunsunuz. Sahiblərinin izniylə və uyğun şəkildə mehrlərini ödəyərək onlarla nikahlanın. İffətli yaşasınlar, zina etməsinlər və gizli dostlar tapmasınlar. Evlilik yoluyla azadlıqlarına qovuşduqdan sonra zina edərlərsə, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilməlidir. Bu, günaha girməkdən qorxanlarınız üçündür. Səbr edərsəniz sizin üçün daha yaxşıdır. Allah Bağışlayandır, Rəhmlidir.
4:26 Allah sizə bunları açıqlamaq, sizdən öncəkilərin yoluna sizi yönəltmək və Özünə yönəlməyinizə (tövbənizə) qarşılıq vermək istəyir. Allah Biləndir, Hikmət Sahibidir.
4:27 Allah sizin Ona yönəlməyinizə (tövbənizə) qarşılıq vermək istəyir; həva və həvəslərinə uyanlar isə sizin tamamilə azmağınızı istəyir.
4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
4:30 Kim düşmənçilik və zülm ilə bunları edərsə onu atəşə göndərərik. Bu, Allah üçün asandır.
4:31 Böyük qadağalardan çəkinərsəniz günahlarınızı örtər və sizi şərəfli bir girişlə qəbul edərik.
4:32 Allahın hər birinizə bağışladığı bacarığa tamah salmayın. Kişilərə qazandıqlarından bir pay, qadınlara da qazandıqlarından bir pay var. Allahdan sizə lütfünü bağışlamasını istəyin. Allah hər şeyi Bilir.
4:33 Ananın, atanın, əqrəbaların və evlənmə yoluyla sizə əqrəba olanların buraxdıqlarından hər biriniz üçün paylar ayırdıq. Hər birinə payını verməlisiniz. Əlbəttə Allah hər şeyə Şahiddir.
4:34 Kişilər qadınları himayə edərlər. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişilər evin dolanışığından məsuldur. Müttəqi qadınlar, (Tanrının qanunana) boyun əyər və Allahın qorumasını əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. İffətlərindən narahat olduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın və nəhayət onları çıxardın. Sizə itaət edərlərsə, onlara qarşı (başqa) bir yol axtarmayın. Allah Ucadır, Böyükdür.
4:35 Evli cütlüyün aralarının pozulmasından narahatsınızsa, kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif təyin etməlisiniz. (Arvad və Ər) barışmağı istəyərlərsə, Allah ikisinin arasını birləşdirər. Allah Bilir, Xəbərdardır.
4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
4:37 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Allahın Öz lütfündən onlara verdiyini gizləyərlər. İnkar edənlərə ağrılı-acılı bir əzab hazırladıq.
4:38 Bunlar, mallarını özlərini göstərmək üçün insanlara verir. Allaha və axirət gününə iman etməzlər. Kimin yoldaşı şeytan olmuşsa, çox pis bir yoldaşa sahib olmuşdur.
4:39 Allaha və axirət gününə iman etsəydilər və Allahın onlara verdiyi ruzidən yardım olaraq xərcləsəydilər nə olardı? Allah onları bilir.
4:40 Allah bir atom ağırlığında belə haqsızlıq etməz. Əksinə yaxşılığın qarşılığını qat-qat verir və Öz qatından da böyük bir mükafat verir.