بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.
4:82 Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
4:83 Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.
4:84 Allah yolunda savaşmalısan! Sən ancaq özünə cavabdehsən. İman edənləri də eyni şeyə təşviq et ki, Allah kafirlərin gücünü təsirsiz hala gətirsin. Allahın gücü daha şiddətli, cəzası daha çətindir.
4:85 Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
4:86 Hər hansı bir salam ilə salamlandığınız zaman daha gözəliylə və ya eyni qaydada qaytararaq salamı alın. Şübhəsiz Allah hər şeyi hesaba qatar.
4:87 Allah, Ondan başqa Tanrı yoxdur. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Allahdan daha doğru sözlü kim ola bilər?
4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
4:89 Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;
4:90 Ancaq sizinlə aralarında müqavilə olan bir topluluğa qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə savaşmaqdan ötrü köksləri sıxıldığına görə sizin yanınıza gələnlər istisnadır... Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə savaşardı. Sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif edərlərsə, Allah sizin onlara hücum etməyinizə izin verməz.
4:91 Həm sizinlə, həm də öz camaatıyla güvən içində olmaq istəyən bir başqa qrupla rastlaşacaqsınız. Nə vaxt fəsada çağırılsalar içinə dalarlar. Sizdən aralanıb geri çəkilməz, sülh etmək istəməz və əllərini sizdən çəkməzlərsə qarşılaşdığınız yerdə onları öldürə bilərsiniz. Belələrinə qarşı sizə açıq-aşkar səlahiyyət verdik.
4:92 Qəza halı istisna olmaqla iman etmiş bir şəxs, iman etmiş bir şəxsi öldürə bilməz. Kim bir iman edəni qəza ilə öldürmüşsə, iman etmiş bir köləni azad etməli və ölənin ailəsinə diyə ödəməlidir. Ancaq diyəni istəməyib sədəqə olaraq qəbul edərlərsə başqa. Əgər o ölən kimsə, iman edən olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, o zaman iman edən bir köləni azad etməlisiniz. Əgər öldürülən, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, ailəsinə qanbahası verməli və iman etmiş bir köləni azad etməlisiniz. Kim (lazım olan pulu və ya azad edə biləcəyi bir kölə) tapa bilmirsə, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün iki ay fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Hikmət Sahibidir.
4:93 Kim iman etmiş birisini qəsdən öldürərsə yeri, sürəkli qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət etmişdir. Və onun üçün böyük bir əzab hazırlanmışdır.
4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.
4:95 İman edənlərdən keçərli bir üzürə sahib olmadan yerlərində oturanlar ilə malları və canları ilə Allah yolunda savaşanlar eyni olmaz. Allah malları və canları ilə savaşanları dərəcə baxımından oturanlardan üstün etdi. Allah hamısına gözəlliklər söz verir. Bununla birlikdə, Allah savaşanları oturanlardan daha böyük bir mükafatla üstün etdi;
4:96 Öz qatından dərəcələrlə, bağışlanma və rəhmət ilə... Allah Bağışlayandır, Rəhmlidir.
4:97 Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
4:98 Ancaq, heç bir çıxış yoluna imkanı olmayan və köç (hicrət) etməyə yol tapa bilməyən əzilmiş kişi, qadın və uşaqlar istisnadır.
4:99 Belələrinin Allah tərəfindən əfv edilməsi ümid edilir. Allah Əfv edəndir, Bağışlayandır.
4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.