بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
40:82 Özlərindən öncəkilərin aqibətinin necə olduğuna baxmaq üçün yer üzünü gəzib-dolaşmırlarmı? Onlardan say baxımından daha çox, daha güclü olub yer üzündə daha çox məhsuldar idilər. Ancaq, qazandıqları şeylər onları qurtara bilmədi.
40:83 Elçiləri açıq-aşkar dəlillərlə onlara yetişdiklərində, yanlarındakı bilgi ilə qürurlandılar. İstehza etdikləri şey özlərini sarıb bürüdü.
40:84 Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -
40:85 Əzabımızı gördüklərində iman etmələri onlara bir fayda verməz. Bu, daha öncəki qulları haqqında sürəkli tətbiq edilən Allahın sünnətidir (qanunudur). Məhz o zaman inkar edənlər məğlub olmuşlardır.