بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
40:3 Günahları Bağışlayan, Tövbəni Qəbul Edən, Cəzası Şiddətli, Sonsuz Güc Sahibi... Ondan başqa Tanrı yoxdur. Dönüş Onadır.
40:4 İnkar edənlərdən başqası Allahın ayələri və möcüzələrinə qarşı mübahisə etməz. Onların görünən uğurları səni aldatmasın.
40:5 Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?
40:6 Rəbbinin, "Onlar cəhənnəmin xalqıdır," deyə inkar edənlər haqqında verdiyi sözü beləcə gerçəkləşir.
40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
40:8 "Rəbbimiz, onları, müttəqi atalarını, zövcələrini və uşaqlarını söz verdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən."
40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."
40:10 İnkar edənlərə, "Allahın narazılığı, sizin öz-özünüzə olan narazılığınızdan daha böyükdür. İman etməyə dəvət edildiyinizdə inkar edərdiniz," deyə səslənilər.
40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
40:12 Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
40:13 O ki, sizə ayələrini (dəlillərini və işarələrini) göstərməkdə və sizin üçün göydən bir ruzi endirməkdədir. Tamamilə yönəlib təslim olandan başqası ibrət almaz.
40:15 Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
40:16 O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
40:17 O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.
40:18 Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.
40:20 Allah ədalətlə hökm verər. Ondan başqa çağırdıqları isə heç bir şeyə hökm verə bilməzlər. Allah Eşidəndir, Görəndir.