بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
46:21 Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.
46:22 "Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.
46:23 "Onun bilgisi sadəcə Allahın yanındadır. Mən mənimlə göndərilən şeyi sizə bildirirəm; Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
46:24 Nəhayət onun yayılaraq vadilərinə yönəlmiş olduğunu gördüklərində, "Bu, bizə yağmur yağdıracaq bir buluddur," dedilər. Xeyr, bu sizin gəlməsi üçün meydan oxuduğunuz ağrılı-acılı əzaba sahib bir fırtınadır.
46:25 Rəbbinin əmri ilə hər şeyi yerlə bir edər. Səhər oyandıqlarında, evlərindən başqa hər şey görünməz hala düşmüşdü. Günahkar topluluğu bax belə cəzalandırırıq.
46:26 Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
46:27 Çevrənizdəki neçə-neçə şəhərləri də məhv etdik. Dönərlər deyə onlara ayələri açıqlamışdıq.
46:28 Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.
46:29 Cinlərdən bir qrupu, Quranı dinləmək üzrə sənə yönəltmişdik. Onun yanına gəldiklərində, "Susun," dedilər. (Oxuma) tamamlanınca topluluqlarına bir xəbərdar edici olaraq döndülər.
46:30 Dedilər: "Ey xalqımız,  Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."
46:31 "Ey xalqımız, Allaha (tərəf) çağırana cavab verin. Ona iman edin ki, günahlarınızı bağışlasın. Və sizi ağrılı-acılı əzabdan qorusun."
46:32 Allaha (tərəf) çağırana cavab verməyənlər yer üzündə (Allahdan) qaça bilməz. Onların Ona qarşı dostları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər.
46:33 Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
46:34 İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
46:35 Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?