بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
49:1 Ey iman edənlər, Allahın və elçisinin hüzurunda önə keçməyin. Allahı dinləyin. Allah Eşidir, Bilir.
49:2 Ey iman edənlər, səsinizi peyğəmbərin səsinin üstünə çıxarmayın və bir-birinizə bağırdığınız kimi ona bağırmayın. Yoxsa siz fərqinə varmadan işləriniz boşa gedər.
49:3 Səslərini Allahın elçisinin hüzurunda aşağı salanlar elə kimsələrdir ki, Allah onların qəlblərini müttəqilik üçün uyğun hala gətirmişdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
49:4 Otaqların/divarların arxasından sənə səslənənlərin çoxu düşüncəsiz kimsələrdir.
49:5 Sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, onlar üçün daha yaxşı olardı. Allah Bağışlayandır, Rəhmlidir.
49:6 Ey iman edənlər, pis xarakterlərə sahib birisi sizə bir xəbər gətirərsə onu araşdırın. Yoxsa bilmədən bir topluluğa qarşı haqsızlıq edərsiniz və daha sonra etdiyinizdən peşman olarsınız.
49:7 Biləsiniz ki, Allahın Elçisi aranızdadır. İşlərin çoxunda sizlərə tabe olsaydı, sıxıntıya düşərdiniz. Fəqət, Allah inancı sizə sevdirdi və onu könüllərinizdə süslədi; inkarı, pisliyi və üsyanı isə sizə çirkin göstərdi. Məhz doğrunun ardınca gedənlər bunlardır.
49:9 İman edənlərdən iki qrup bir-birləri ilə savaşarlarsa, onların arasını barışdırın. Onlardan biri o birinə hücum edərsə, Allahın əmrinə dönüncəyə qədər hücum edən qrupla savaşın. Dönərsə, onların arasını tərəf tutmadan düzəldin və ədalətli davranın. Allah ədalətli davrananları sevər.
49:10 İman edənlər qardaşdırlar. Qardaşlarınızın arasını düzəldin. Allaha hörmət edin ki, sizə mərhəmət edilsin.
49:11 Ey iman edənlər, bir topluluq digər bir topluluğu məsxərəyə qoymasın, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Bir-birinizdə ayıb axtarmayın və bir-birinizi alçaldıcı kəlmələrlə çağırmayın. İnancdan sonra yoldan çıxmaq necə də pis bir isimdir. Kim tövbə etməzsə, onlar zalımlardır.
49:12 Ey iman edənlər, zənnə-gümana qapılmaqdan tamamilə çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin gizli şeylərini araşdırmayın və bir-birinizin qeybətini qırmayın. Ölü qardaşınızın ətini yeməkdən xoşlanırsınız? Əlbəttə ondan iyrənirsiniz. Allahı dinləyin. Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
49:13 Ey insanlar, sizi bir kişi ilə bir qadından yaratdıq və bir-birinizi tanıya bilməniz üçün sizi irqlərə və qəbilələrə ayırdıq. Allah yanında sizin ən dəyərliniz, ən müttəqi olanınızdır. Allah Biləndir, Xəbərdardır.
49:14 Ərəblər, "iman etdik," dedilər. De ki, "Siz iman etmədiniz, fəqət inanc qəlbinizə girincəyə qədər, 'təslim olduq' deyin. Allaha və elçisinə tabe olsanız, etdiklərinizdən heç bir şeyi əskiltməz. Allah Bağışlayandır, Rəhmlidir!"
49:15 İman edənlər onlardır ki, Allaha və elçisinə iman etdilər, sonra şübhəyə düşmədilər və Allah yolunda paraları (pulları) və canları ilə mücadilə etdilər. Onlar doğru olanlardır.
49:16 De ki, "Allaha dininizimi öyrədirsiniz? Allah göylərdə və yerdə olanı bilir. Allah hər şeyi Biləndir."
49:17 Müsəlman (təslim) oldular deyə səni minnət altında buraxmaq istəyirlər. De ki, "Müsəlman olmağınızı mənə minnət qoymayın. Əslində, sizi inanca yetişdirdiyi üçün Allah sizi Özünə borclu görür, əgər doğru kimsələrsinizsə."
49:18 Allah bilir, göylərin və yerin gizli olan şeylərini. Allah etdiklərinizi görəndir.