بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:21 "Ey xalqım! Allahın sizin üçün ayırdığı müqəddəs torpağa daxil olun. Geri dönməyin, yoxsa zərərə uğrayarsınız."
5:22 Dedilər ki: “Ey Musa! Orada, güclü və həddi aşan bir camaat var. Onlar oradan çıxmadıqca, biz əsla oraya daxil olmayacağıq. Əgər çıxarlarsa, daxil olarıq.”
5:23 Qorxanların arasında, Allahın nemət verdiyi iki nəfər, “Üstlərinə qapıdan gedin. Qapıdan girərsəniz həqiqətən siz qalib gələcəksiniz. İman edirsinizsə Allaha güvənin," dedi.
5:24 "Ey Musa! Onlar orada olduqca biz oraya əsla girməyəcəyik. Sən və Rəbbin gedib savaşın; Biz burada otururuq," dedilər.
5:25 O da bundan sonra: “Ey Rəbbim! Mən ancaq özümə və qardaşıma söz keçirə bilirəm. Bizimlə yoldan çıxmış bu topluluğun arasını ayır," dedi.
5:26 Ora onlara qırx il boyunca qadağan edilmişdir; Yer üzündə sərgərdan gəzib-dolaşacaqlar. Yoldan çıxmış bir topluluq üçün üzmə özünü.
5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
5:29 "Günahımı günahınla birlikdə yüklənərək cəhənnəmə girməyini istəyərəm. Zalımlar bu cür cəzalandırılar."
5:30 Eqosu onu, qardaşını öldürməyə təhrik etdi. Onu öldürdü və beləcə ziyana uğradı.
5:31 Allah, qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi. "Vay olsun mənə; qardaşımın cəsədini basdırma mövzusunda bu qarğa qədər də ola bilmədim," - deyərək peşman oldu.
5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.
5:33 Allah və Elçisi ilə savaşan və yer üzündə fəsad törətmək üçün səy göstərənlərin cəzası: öldürülmələri və ya asılmaları və ya əl və ayaqlarının çarpazlama kəsilməsi və ya yerlərindən sürgün edilmələridir. Bu, dünyada görəcəkləri bir alçalmadır. Axirətdə isə böyük bir cəza var.
5:34 Onları yaxalamadan öncə tövbə edənlər başqa. Biləsiniz ki, Allah Bağışlayandır, Rəhmlidir.
5:35 Ey iman edənlər! Allahı dinləyin, Ona yetişmək üçün yol axtarın və Onun yolunda cihad edin ki, müvəffəqiyyətə nail olasınız.
5:36 İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.
5:37 Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.
5:38 Oğru kişinin və oğru qadının əllərini, etdiklərinə qarşılıq kəsin. Bu, Allahın nəzərdə tutduğu bir çəkindirmə üsuludur. Allah Güclüdür, Hikmət Sahibidir.
5:39 Kim etdiyi bu haqsızlıqdan sonra tövbə edərək düzələrsə, Allah yönəlməsini (tövbəsini) qəbul edər. Şübhəsiz Allah Bağışlayandır, Rəhmlidir.
5:40 Göylərin və yerin hökmranlığı Allaha aiddir, bilmirsənmi? İstədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə Gücü Yetəndir.