بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:161 De ki: "Rəbbim məni ən doğru olan yola yönəltmişdir: Monoteist olan İbrahimin mükəmməl dininə... O, ortaq qoşanlardan olmadı."
6:162 De ki: "Namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür."
6:163 "Onun ortağı yoxdur. Bununla görəvləndirildim və mən hər kəsdən öncə təslim oluram."
6:164 De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
6:165 O ki sizi yer üzünün mirasçıları etdi, və sizə verdikləriylə sizi sınamaq üçün kiminizi kiminizə dərəcələrlə üstün etdi. Rəbbin tez nəticələndirəndir. Bağışlayandır, Rəhmlidir.