بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:41 Doğrusu, Yalnız Ona yalvararsınız. İstəsə yalvardığınız mövzudakı probleminizi aradan qaldırar, siz də ortaq qoşduqlarınızı unudarsınız.
6:42 Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
6:43 Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
6:44 Onlara çatdırılan mesajı unutduqları zaman, onlara hər şeyin qapısını ardına qədər açdıq. Özlərinə verilənlərlə həddi aşdıqları (qudurğanlıq etdikləri) vaxt onları qəflətən yaxaladıq və beləcə çaşqın və naümid qaldılar.
6:46 De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!
6:47 De: "Allahın əzabı sizə qəflətən və ya xəbərdarlıqdan sonra gəlsə... Zalım cəmiyyətdən başqası məhv edilərmi?"
6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.
6:49 Ayələrimizi yalanlayanlara gəlincə, yoldan çıxdıqlarına görə onlara əzab toxunacaqdır.
6:50 De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?
6:51 Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.
6:52 Səhər-axşam Rəblərinə yalvarıb sadəcə Onun razılığını arzulayanları qovma. Onların hesabından sən məsul deyilsən. Sənin hesabından da onlar məsul deyil. Onları qovsan zalım olarsan.
6:53 Bir-birinizlə beləcə sınadıq ki, "Allahın aramızdan seçib nemətləndirdiyi kəslər bunlardırmı?" desinlər. Allah gözəl qarşılıq verənləri daha yaxşı bilən deyilmi?
6:54 Ayələrimizə iman edənlər sənin yanına gəlincə, "Sizə salam olsun! Rəbbiniz mərhəmətli davranmağı prinsip seçib. Bunun üçün, hər kim bilməyərək işlədiyi bir pislikdən sonra tövbə edərək özünü düzəldərsə, bilsin ki, O Bağışlayandır, Rəhmlidir."
6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."
6:57 De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.
6:58 De: "Sizin tələsik istədiyiniz şeyə sahib olsaydım aramızda iş bitərdi. Allah zalımları yaxşı bilir."
6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
6:60 Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.