بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:81 "Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
6:83 Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
6:87 Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
6:88 Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
6:90 Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."
6:91 "Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
6:93 Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."
6:95 Allah toxumu və çərdəyi yarıb tumurcuqlandırandır. Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır. Bax budur Allah. Necə üz çevirə bilirsiniz?!
6:96 Səhəri ortaya çıxarandır. Gecəni dincəlmə vaxtı, günəşi və ayı da bir hesablama vasitəsi etmişdir. Bu, hər şeydən Üstün və hər şeyi Bilənin planıdır.
6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
6:98 Odur sizi tək bir nəfərdən inşa edən. Bir qalış və izləyən bir ayrılış. Ayələri, anlayan bir camaat üçün açıqlamışıq.
6:99 Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də  saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.
6:100 Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.