بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:121 Böyük və ya kiçik, etdikləri hər yardım və keçdikləri hər vadi onlar üçün (əlavə) mükafat olaraq yazılar. Allah etdiklərinin ən gözəliylə onları mükafatlandırar.
9:122 (Məkkədə qalan) iman edənlərin, kütləvi şəkildə (Mədinəyə hicrət edən peyğəmbəri ziyarət üçün) yola çıxmaları doğru olmaz. Hər qrupdan sadəcə bir neçə nəfər, dini anlayıb öyrənmək üçün hərəkətə keçməlidir. Həqiqətən beləcə, xalqlarına geri döndüklərində, xalqlarının ayıq-sayıq olması üçün onları xəbərdar edə bilsinlər.
9:123 Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.
9:124 Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.
9:125 Qəlblərində xəstəlik olanlara gəlincə... Onların da pisliklərinə pislik qatmışdır və onlar kafir olaraq ölərlər.
9:126 Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.
9:127 Nə zaman bir surə nazil olsa, "Sizi kimsə görürmü?" deyə baxışarlar, sonra da dönüb gedərlər. Anlamaz bir topluluq olduqlarından Allah qəlblərini çevirmişdir.
9:128 And olsun sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməyiniz ona çox ağır gəlir; O, sizə çox qayğıkeş, möminlərə qarşı çox şəfqətlidir, mərhəmətlidir.
9:129 (Ey Muhəmməd!) Üz çevirərlərsə, de ki: "Allah mənə yetər. Ondan başqa ilah yoxdur. Mən sadəcə Ona güvənib dururam. O, Uca Ərşin sahibidir."