Qariə - 101:2 Həm də necə şok!
Saat, (dünyanın sonu) qəfildən gələcək və insanları çaşbaş edəcək:
Ənbiya/21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Ənbiya/21:40 Həqiqətən, onlara qəflətən gələcək və onları heyrətə salacaqdır. Nə onu geri çevirməyə gücləri yetər, nə də onlara möhlət verilər.

Ənam/6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Ənam/6:47 De: "Allahın əzabı sizə qəflətən və ya xəbərdarlıqdan sonra gəlsə... Zalım cəmiyyətdən başqası məhv edilərmi?"

Əraf/7:187 Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.

Yusuf/12:107 Onlar, Allah tərəfindən bürüyən (mühasirəyə alan) bir əzabın onlara yetişməsindən, yaxud dünyanın sonunun (Saat) qəflətən onlara gəlməsindən arxayınmı oldular?

Həcc/22:55 İnkar edənlər isə, Saat (dünyanın sonu) onlara qəflətən gəlincəyə qədər, yaxud o müdhiş günün cəzası onlara çatıncaya qədər daim ondan şübhə duyacaqlar.

Şuəra/26:201 Ağrılı-acılı əzabı görüncəyə qədər, ona iman etməzlər.
Şuəra/26:202 Onlara qəflətən, gözləmədikləri bir anda gələcəkdir.

Ənkəbut/29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.

Zumər/39:55 O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.

Zuxruf/43:66 Onlar, fərqində deyilkən, Saatın onlara qəflətən gəlməsinimi gözləyirlər?
Zuxruf/43:67 Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.

Muhəmməd/47:18 Saatın onlara qəflətən gəlməsinimi gözləyirlər? Şübhəsiz onun əlamətləri gəlmişdir. Onlara gəlib çatınca onlara gələn mesajın nə faydası olur?

Qamər/54:50 Əmrimiz göz qırpması kimi anidir.

Mulk/67:16 Yoxsa, sizi, qəfildən titrəməyə başlayacaq olan yerin dibinə batırmayacağına dair göydəkindən əminlikmi aldınız?