Maun - 107:2
Bax, yetimə pis davranan odur.
Allah pisliyi, ziyankarlığı və azğınlığı qadağan edir:
Mumtəhənə/60:12
Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
Nisa/4:60
Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Mucadilə/58:9
Ey iman edənlər, gizli görüşdüyünüz vaxt günah, düşmənçilik və elçiyə üsyan üçün danışmayın; yaxşılıq və müttəqilik üçün danışın. Hüzuruna toplanacağınız Allahı dinləyin.
Bəqərə/2:191
Onlarla qarşılaşdığınız yerdə onlarla savaşın və sizi çıxardıqları yerdən onları çıxardın; zülm və işgəncə öldürməkdən betərdir. Müqəddəs Məscidin yanında sizinlə savaşmadıqca onlarla savaşmayın. Sizə hücum edərlərsə, siz də onlara hücum edin. İnkar edənlərin cəzası belədir.
Bəqərə/2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:84
“Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Bəqərə/2:85
Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
Bəqərə/2:168
Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
Bəqərə/2:169
O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Bəqərə/2:190
Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Bəqərə/2:286
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”
Ali İmran/3:104
İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Nisa/4:149
Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.
Maidə/5:2
Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Əraf/7:28
Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"
Əraf/7:33
De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."
Əraf/7:199
Əfv edici ol, tolerantlığı öyüd-nəsihət et və cahillərə əhəmiyyət vermə.
Əraf/7:200
Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Hud/11:116
Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.
Yusuf/12:24
Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
Yusuf/12:53
"Günahsız olduğumu iddia etmirəm. Şübhəsiz eqo, pisliyi arzulayır. Mən ancaq Rəbbimin mərhəmətini ümid edirəm; Rəbbim Bağışlayandır, Rəhmlidir."
Rad/13:22
Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
Nəhl/16:90
Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.
Nəhl/16:126
Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.
İsra/17:23
Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.
İsra/17:24
Onlara mərhəmət edərək təvazökarlıq qanadının altına al və de ki, "Rəbbim, məni kiçik ikən yetişdirdikləri kimi sən də onlara acı."
İsra/17:25
Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Müttəqi davranarsanız, əlbəttə O, tövbə edənləri Bağışlayandır.
İsra/17:26
Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
İsra/17:27
Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.
İsra/17:28
Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.
İsra/17:29
Əlini boynuna bağlama və tamamilə də açma, Yoxsa peşman olub üzülərsən.
İsra/17:30
Əlbəttə Rəbbin, istədiyinə ruzini bol verər və ya azaldar. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir.
İsra/17:31
Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.
İsra/17:32
Zinaya yaxınlaşmayın; çünki o, böyük bir günah və pis bir davranışdır!
İsra/17:33
Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.
İsra/17:34
Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.
İsra/17:35
Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.
İsra/17:36
Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
İsra/17:37
Yer üzündə təkəbbürlü gəzib dolanma. Sən nə yeri yara bilərsən, nə də dağlar qədər hündür ola bilərsən.
İsra/17:38
Bütün bunlar, Rəbbin tərəfindən xoş görülməyən pis davranışlardır.
Ta ha/20:43
"İkiniz Fironun yanına gedin; Çünki o, azdı."
Ta ha/20:44
"Onunla yumşaq danışın. Ola bilər ki, öyüd alar, və ya ehtiram göstərər."
Ta ha/20:45
Dedilər ki: "Rəbbimiz, onun bizə qarşı hücum etməsindən və həddi aşmasından qorxuruq."
Ta ha/20:46
(Allah) dedi: "Qorxmayın, Mən sizinlə birlikdəyəm; görürəm və eşidirəm."
Ta ha/20:47
"Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."
Muminun/23:96
Pisliyə yaxşılıqla qarşılıq ver. Biz onların iddialarını yaxşı bilirik.
Şuəra/26:183
"İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Loğman/31:17
"Əziz Oğlum, namazı qoru, yaxşılığı əmr et, pislikdən çəkindir və başına gələnə səbr et. Bunlar təməl davranışlardandır."
Loğman/31:18
"Təkəbbür göstərərək insanları alçaltma, yer üzündə də özünü darta-darta gəzib dolanma. Allah özünü bəyənib öyünəni sevməz."
Loğman/31:19
"Yerişində riyakarlıqdan çəkin və səsini də azalt. Ən çirkin səs eşşəklərin səsidir."
Fussilət/41:34
Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
Şura/42:40
Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Casiyə/45:15
Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz.
Hucurat/49:7
Biləsiniz ki, Allahın Elçisi aranızdadır. İşlərin çoxunda sizlərə tabe olsaydı, sıxıntıya düşərdiniz. Fəqət, Allah inancı sizə sevdirdi və onu könüllərinizdə süslədi; inkarı, pisliyi və üsyanı isə sizə çirkin göstərdi. Məhz doğrunun ardınca gedənlər bunlardır.
Nəcm/53:32
Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.
Mumtəhənə/60:8
Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Muddəssir/74:5
Pislikdən uzaqlaş.
Muddəssir/74:6
Ehtiraslı olma.
Şəms/91:7
Nəfsə və onu qaydaya salana,
Şəms/91:8
Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;