Hud - 11:116
Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.
Yer üzündəki zalımlara və təcavüzkarlara qarşı mübarizə aparmaq lazımdır:
Maidə/5:61
Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
Maidə/5:62
Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
Maidə/5:63
Xaxamları və din xadimləri onları bu günah sözləri söyləməkdən, haram yeməkdən çəkindirməli deyildimi? Etdikləri necə də pisdir!
Bəqərə/2:246
Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.
Bəqərə/2:279
Bu cür etməsəniz, Allahdan və Elçisindən bir savaş gözləyin. Tövbə edərsəniz, sərmayəniz yenə sizindir. Nə haqsızlıq edin, nə də haqsızlığa uğrayın.
Nisa/4:75
Sizə nə oldu ki, “Rəbbimiz! Bizi əhalisi zalım olan bu ölkədən qurtar, bizə sahib çıx, bizə yardım et!”– deyə fəryad edən əzilmiş kişilər, qadınlar və uşaqlara rəğmən hələ də Allah yolunda savaşmırsınız?
Hud/11:116
Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.
Həcc/22:39
Zülm edilərək savaşa məruz qalanlara izin verilmişdir. Allah onları dəstəkləməyə əlbəttə qadirdir.
Həcc/22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Şura/42:42
Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Mumtəhənə/60:8
Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9
Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.