Məryəm - 19:18 (Məryəm) dedi, "Səndən Rəhmana sığınıram! Müttəqisənsə..."
Muttəqilərin (ərdəmlilərin) xüsusiyyətləri nələrdir?
Ali İmran/3:133 Rəbbiniz tərəfindən bağışlanmağa, eni göylərlə yeri əhatə edən və müttəqilər üçün hazırlanmış olan cənnətə doğru tələsin.
Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.

Zumər/39:33 Gerçəyi gətirən və onu təsdiqləyənə gəlincə, məhz onlar müttəqilərdir.

Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.

Həcc/22:32 Kimlər Allahın əmrlərinə hörmət göstərərsə, qəlblərindəki müttəqiliyi sərgiləmişdir.

Bəqərə/2:2 Bu, şübhəsiz, müttəqilər (ərdəmlilər) üçün yol göstərici bir kitabdır.
Bəqərə/2:3 O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;
Bəqərə/2:4 Sənə nazil edilənə və səndən öncə nazil edilənə inanarlar. Axirət mövzusunda da heç bir şübhələri yoxdur.

Ali İmran/3:92 Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.

Tovbə/9:7 Bütpərəstlərin Allah və elçisi yanında necə bir müqaviləsi ola bilər ki? Müqəddəs Məsciddə sizinlə müqavilə bağlamış olanlar xaric. Onlar sizin haqlarınızı qoruduqları müddətcə, siz də onların haqlarını qoruyun. Allah müttəqiləri sevər.

Hud/11:46 Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."

Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Furqan/25:64 Gecənin yalnızlığında Rəblərinə səcdə edib düşünərlər.
Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."
Furqan/25:67 Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.
Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.

İsra/17:25 Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Müttəqi davranarsanız, əlbəttə O, tövbə edənləri Bağışlayandır.
İsra/17:26 Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
İsra/17:27 Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.
İsra/17:29 Əlini boynuna bağlama və tamamilə də açma, Yoxsa peşman olub üzülərsən.
İsra/17:30 Əlbəttə Rəbbin, istədiyinə ruzini bol verər və ya azaldar. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir.
İsra/17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.
İsra/17:32 Zinaya yaxınlaşmayın; çünki o, böyük bir günah və pis bir davranışdır!
İsra/17:33 Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.
İsra/17:34 Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.
İsra/17:35 Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.
İsra/17:36 Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
İsra/17:37 Yer üzündə təkəbbürlü gəzib dolanma. Sən nə yeri yara bilərsən, nə də dağlar qədər hündür ola bilərsən.
İsra/17:38 Bütün bunlar, Rəbbin tərəfindən xoş görülməyən pis davranışlardır.
İsra/17:39 Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.

Bəqərə/2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.

Maidə/5:8 Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.

Əraf/7:26 Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.

Nəhl/16:30 Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.

Həcc/22:35 Onlar elə kimsələrdir ki, Allahdan bəhs edildiyində ürəkləri ürpərir. Başlarına gələnə səbr edərlər, namazı qoruyarlar və onlara verdiyimiz ruzidən yardım üçün xərcləyərlər.

Rum/30:44 Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kimlər də müttəqi davranarlarsa, özlərini gücləndirmiş və inkişaf etdirmiş olarlar.

Munafiqun/63:10 Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.

Ali İmran/3:15 De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
Ali İmran/3:16 Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.
Ali İmran/3:17 Onlar səbr edənlərdir, doğru sözlülərdir, könüldən təslim olanlardır, insanlara yardım edənlər və səhərlər də bağışlanma diləyənlərdir.