Furqan - 25:35
Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.
Nə üçün Musa ilə Harun birlikdə göndərildi?
Qasas/28:34
"Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:34
"Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Məryəm/19:51
Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:52
Ona Tur dağının sağ tərəfindən səsləndik. Danışmaq üçün onu yaxınlaşdırdıq.
Məryəm/19:53
Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.
Ta ha/20:24
"Fironun yanına get, çünki o, azdı."
Ta ha/20:25
"Rəbbim, köksümü aç," dedi.
Ta ha/20:26
"Mənim üçün işimi asanlaşdır."
Ta ha/20:27
"Dilimdəki düyünü həll et."
Ta ha/20:28
"(Ona görə) ki, sözümü anlasınlar."
Ta ha/20:29
"Ailəmdən mənə bir yardımçı ver."
Ta ha/20:30
"Qardaşım Harunu..."
Ta ha/20:31
"Məni onunla dəstəkləyib gücləndir."
Ta ha/20:32
"Bu işimdə onu mənə ortaq et."
Ta ha/20:33
"(Ona görə) ki, Səni daha çox yüksəldək (Uca tutaq)."
Ta ha/20:34
"Səni daha çox xatırlayaq."
Qasas/28:35
(Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Ənbiya/21:48
Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Furqan/25:35
Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.
Şuəra/26:10
Bir zaman Rəbbin Musaya səslənmişdi: "O zalım camaatın yanına get"
Şuəra/26:11
"Fironun xalqının yanına; dinləyib düzəlməyəcəklərmi?"
Şuəra/26:12
Dedi ki, "Rəbbim, onların məni yalanlamalarından qorxuram."
Şuəra/26:13
"Köksüm daralır, dilim açılmır; qardaşım Harunu göndər."
Şuəra/26:14
"Ayrıca, onların yanında günahkar biriyəm. Qorxuram ki, məni öldürsünlər."
Şuəra/26:15
Dedi ki, "Xeyr, siz ikiniz ayələrimizlə (vəhy və möcüzələrimizlə) gedin. Biz sizinlə birlikdəyik; dinləyirik."
Şuəra/26:16
"İkiniz Fironun yanına gedib deyin ki: "Biz aləmlərin Rəbbinin elçiləriyik!"
Saffat/37:114
Biz Musaya və Haruna yaxşılıq etmişdik.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.