Şuəra - 26:9 Şübhəsiz, sənin Rəbbin Üstündür, Rəhmlidir.
Allah, ölüm gəlmədən edilən yönəlməni/tövbəni, hər günah üçün qəbul edər:
Zumər/39:53 Onlara bildir: "Özlərinə qarşı həddi aşan  qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."

Maidə/5:39 Kim etdiyi bu haqsızlıqdan sonra tövbə edərək düzələrsə, Allah yönəlməsini (tövbəsini) qəbul edər. Şübhəsiz Allah Bağışlayandır, Rəhmlidir.

Nisa/4:110 Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.

Maidə/5:34 Onları yaxalamadan öncə tövbə edənlər başqa. Biləsiniz ki, Allah Bağışlayandır, Rəhmlidir.

Bəqərə/2:37 Adəm, Rəbbindən kəlmələr aldı. Bundan sonra onun tövbəsini qəbul etdi. O, yönəlmələrə qarşılıq verəndir, Rəhmlidir.

Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.

Qasas/28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.

Hud/11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.

Nisa/4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.

Nəml/27:11 "Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"

Bəqərə/2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
Bəqərə/2:199 Sonra, insanların toplu şəkildə yayıldığı yerdən siz də yayılın, Allahdan bağışlanma diləyin. Allah Bağışlayandır, Rəhmlidir.

Hud/11:90 "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."

Rad/13:6 Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.

Hicr/15:49 Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
Hicr/15:50 Və əzabım da cox ağrılı-acılı bir əzabdır.

Ta ha/20:82 Tövbə edən, iman edən və müttəqi yaşayan və sürəkli doğrunu axtaranlar üçün, Bağışlayanam.

Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
Nisa/4:146 Ancaq tövbə edən, vəziyyətini düzəldən, Allaha sarılan və dinlərini sadəcə Allaha aid edənlər başqa... Bunlar, iman edənlərlə birlikdədir. Allah iman edənlərə daha sonra böyük bir mükafat verəcək.

Ənam/6:54 Ayələrimizə iman edənlər sənin yanına gəlincə, "Sizə salam olsun! Rəbbiniz mərhəmətli davranmağı prinsip seçib. Bunun üçün, hər kim bilməyərək işlədiyi bir pislikdən sonra tövbə edərək özünü düzəldərsə, bilsin ki, O Bağışlayandır, Rəhmlidir."

Əraf/7:153 Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.

Nəhl/16:119 Buna rəğmən Rəbbin, avamlıqları üzündən pislik etdikdən sonra ardından tövbə edib düzələnlərə (qarşı), bəli sənin Rəbbin ondan sonra Bağışlayandır, Rəhmlidir.

Təhrim/66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.