Rum - 30:16 İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.
Axirət qarşılaşmasını necə yalanladılar?
Duxan/44:35 "Sadəcə bir dəfə ölürük; diriləcək deyilik."

Ənam/6:29 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."

Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.

Rad/13:5 Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.

Nəhl/16:38 "Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.

İsra/17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
İsra/17:51 "Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."
İsra/17:52 Sizi çağıracağı gün, siz  Ona təriflə qarşılıq verərsiniz və çox qısa bir müddət qaldığınızı anlayarsınız.
İsra/17:98 Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.

Muminun/23:34 "Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."
Muminun/23:35 "Siz öldükdən, torpaq və sür-sümüyə çevrildikdən sonra, sizin geri çıxacağınızımı söz verir?"
Muminun/23:36 "Sizə söz verilən bu şey ola bilməz, qeyri-mümkündür."
Muminun/23:37 "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."

Nəml/27:67 İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68 "Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."

Səcdə/32:10 Və, "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.
Səcdə/32:11 De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."

Səba/34:7 İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8 "Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.

Ya sin/36:78 Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79 De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."

Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.