Saffat - 37:17 "Hətta bizdən öncəki atalarımız da eləmi?"
Allah ölüləri dirildəcəkdir:
Bəqərə/2:28 Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.
Bəqərə/2:259 Yaxud bu kimsə kimisi də (diqqətini çəkmədimi?)... Altı üstünə gəlmiş, dağılmış bir qəsəbəyə uğrayar və "Allah bunu ölümündən sonra necə dirildə bilər?" - deyər. Buna görə Allah onu yüz il ölü saxladıqdan sonra diriltdi. "Burada nə qədər qaldın?" dedi. "Bir gün yaxud günün bir hissəsi qədər qaldım," dedi. "Xeyr, sən yüz il qaldın. Yeməyinə və içməyinə bax hələ də xarab olmayıb. Eşşəyinə də bax. Səni insanlar üçün bir dəlil etdik. Sümüklərə diqqət et, onları necə üst-üstə qoyur, sonra onlara necə də ət geyindiririk." Vəziyyət ona aydınlanınca, "Artıq Allahın hər şeyə gücünün yetdiyini bilirəm," dedi.
Bəqərə/2:260 İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.

Ali İmran/3:49 "İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."

Maidə/5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.

Ənam/6:29 Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Ənam/6:30 Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."

Nəhl/16:38 "Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.

İsra/17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
İsra/17:51 "Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."

Həcc/22:7 Və dünyanın sonu heç bir şəkk-şübhə olmadan gəlməkdədir və Allah məzardakıları dirildəcəkdir.

Rum/30:19 Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır, ölümündən sonra yeri dirildir. Bax, siz belə çıxarılacaqsınız.
Rum/30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.

Ya sin/36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:77 İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?
Ya sin/36:78 Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79 De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."

Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.

Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...

Təğabun/64:7 İnkar edənlər, dirildilməyəcəklərini iddia edərlər. De ki, "Bəli, Rəbbimə and olsun, dirildiləcəksiniz və sonra etdikləriniz sizə bildiriləcəkdir. Bu, Allah üçün asandır."

Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...

Qiyamə/75:36 İnsan, başıboş buraxılacağınımı sanır?
Qiyamə/75:38 Və bir embriona çevrildikdən sonra, O yaradıb forma verdi.
Qiyamə/75:39 Və ondan erkək və dişi olmaq üzrə iki cift yaratdı.
Qiyamə/75:40 Bunları yaradanın ölüləri diriltməyə gücü yetməzmi?

Tariq/86:7 Onurğa ilə qabırğa sümükləri arasından çıxar.