Saffat - 37:22 Zalımları toplayın. Həmtaylarını və,
22, 23....34 ayələri əsasında; Allaha peyğəmbərləri, mələkləri, din adamları və s. ortaq qoşanlar, bunu şeytanın təsiri ilə etdikləri üçün əslində şeytana qulluq/xidmət edənlərdir, şeytanı Allaha ortaq qoşanlardır:
Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.

Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.

Səba/34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Səba/34:41 Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:62 Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?

Nas/114:4 "Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."