Ğafir - 40:43 "Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."
Firon özünü tanrı elan edən azğın bir liderdi və xalqı da ona itaət etdi:
Qasas/28:38 Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:39 O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
Qasas/28:40 Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Zalımların aqibətinə diqqətlə bax.
Qasas/28:41 Onları, atəşə çağıran öndərlər etdik; dirilmə günündə də yardım görməzlər.

Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.

Naziat/79:19 "Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:25 Axırda, Allah onu axirət və dünya cəzasına çarpdı.