Zuxruf - 43:49 "Ey sehrbaz, bizim üçün Rəbbinə dua et. Çünki sən Ona daha yaxınsan; biz bundan sonra yola gələcəyik," dedilər.
Musaya"Bu, bir ovsunçudur" dedilər: Əlaqəli
Yunus/10:75 Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Yunus/10:76 Tərəfimizdən onlara gerçək gəlincə, "Bu, açıq-aşkar bir sehrdir," dedilər.
Yunus/10:77 Musa, "Sizə gələn gerçəyi beləmi dəyərləndirirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar uğur qazana bilməz."

Nəml/27:12 "Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."
Nəml/27:13 "Onlara açıq şəkildə görünən möcüzələrimiz gəldiyində, "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.

Qasas/28:36 Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Qasas/28:48 Öz tərəfimizdən onlara gerçək yetişdiyində, "Kaş ki, Musaya verilən (möcüzələrin) bir bənzəri bizə də gətirilsəydi!" dedilər. (Eyni başa sahib olanlar) daha öncə də Musaya verilənləri inkar etməmişdilərmi? "Bir-birini dəstəkləyən iki sehrdir (sehr kitabıdır). Biz ikisini də rədd edirik," dedilər.

Ta ha/20:62 (Öz) aralarında işlərini müzakirə etdilər və danışıqlarını gizli tutdular.
Ta ha/20:63 Dedilər ki, "Bu iki sehrbazın tək məqsədi, sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və sizin ideal həyat tərzinizi yıxmaqdır."

Şuəra/26:33 Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34 Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:49 (Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."

Zuxruf/43:46 Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
Zuxruf/43:47 Möcüzələrimizi onlara götürdüyü zaman, o möcüzələrə gülmüşdülər.
Zuxruf/43:48 Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.
Zuxruf/43:49 "Ey sehrbaz, bizim üçün Rəbbinə dua et. Çünki sən Ona daha yaxınsan; biz bundan sonra yola gələcəyik," dedilər.

Əraf/7:109 Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"

Zəriyət/51:38 Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39 Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.