Zuxruf - 43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
"Fironun xalqına səslənməsi": Əlaqəli
Qasas/28:38 Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.

Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.
Zuxruf/43:55 Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.
Zuxruf/43:56 Onları, sonradan gələnlər üçün bir ibrət və örnək etdik.

Naziat/79:19 "Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:25 Axırda, Allah onu axirət və dünya cəzasına çarpdı.
Naziat/79:26 Şübhəsiz, hörmət edənlər üçün bunda bir ibrət vardır.